Türkiyə Qəzza üzrə danışıqlara qoşulacaq

   Türkiyə Qəzza üzrə danışıqlara qoşulacaq
  30 Sentyabr 2025    Oxunub:788
Türkiyənin nümayəndə heyəti bu gün Qətərin paytaxtı Doha şəhərində keçirilən Qəzza üzrə atəşkəs sammitinə qoşulacaq.
Türkiyə mətbuatının rəsmi mənbəyə istinadən yaydığı xəbərə əsasən, sammitdə ABŞ Prezidenti Donald Trampın Qəzza zolağı üzrə planı qiymətləndiriləcək. Danışıqlarda Ankaranı ölkənin Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Qalın təmsil edəcək.

Eyni zamanda, Qətərin Xarici İşlər Nazirliyinin mətbuat katibi Məcid Əl-Ənsari jurnalistlərə açıqlamasında söyləyib ki, sammit çərçivəsində Türkiyənin nümayəndə heyəti ilə ayrıca müzakirələr aparılacaq.

Firudin Həmidli
AzVision.az


Teqlər: Türkiyə   Qəzza   Qətər   danışıqlar  



Xəbər lenti