AZAL təyyarəsinin qəzası ilə əlaqədar cinayət işi davam edir

 AZAL təyyarəsinin qəzası ilə əlaqədar cinayət işi davam edir
  01 Oktyabr 2025    Oxunub:1082
"Ötən ilin dekabr ayında AZAL təyyarəsinin Aktau hava limanı yaxınlığında qəzaya uğraması ilə bağlı cinayət işi davam edir".
AzVision.az xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, Rusiya, Qazaxıstan və Azərbaycan tərəfindən bu işin istintaqı əməkdaşlıq çərçivəsində aparılır.

"Ümid edirik ki, bu işin istintaqı məntiqi nəticəsini tapacaq", - Baş prokuror söyləyib.

AzVision.az


Teqlər: Baş-Prokurorluq   qəza   cinayət-işi  



Xəbər lenti