Rusiyada azərbaycanlılara qarşı cinayətlər araşdırılır

 Rusiyada azərbaycanlılara qarşı cinayətlər araşdırılır
  01 Oktyabr 2025    Oxunub:785
Yekaterinburqda azərbaycanlılara qarşı törədilən cinayətlərlə əlaqədar Azərbaycan Prokurorluğu ilə yanaşı Rusiya Prokurorluğunda araşdırma aparılır.
AzVision.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Baş prokuror Kamran Əliyev məlumat verib. O bildirib ki, Rusiyada zor tətbiqi və işgəncə faktları ilə əlaqədar ayrıca istintaq aparılır.

"Bu iş üzrə də Rusiya ilə əməkdaşlıq edirik. Araşdırmanın qanuni və məntiqli sonunun olacağına inanıram", - Baş Prokuror deyib.

AzVision.az


Teqlər: Baş-Prokurorluq   Rusiya   cinayət  



Xəbər lenti