Milli Məclisdə hakimliyə namizədlərlə görüş keçirilib
O, Azərbaycanda həyata keçirilən məhkəmə-hüquq islahatlarına toxunaraq hakimlərin fəaliyyətində qanunçuluğa, insan hüquqlarının qorunmasına, ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına dönmədən əməl olunması ilə bağlı düşüncələrini söyləyib.
Görüşdə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvləri - Azərbaycan Respublikasının Məhkəmə-Hüquq Şurasının üzvü Nizami Səfərov, Erkin Qədirli, Kamal Cəfərov çıxış ediblər. Deputatlar məhkəmə hakimiyyətinin və hakimlik fəaliyyətinin xüsusiyyətləri, qanunçuluğun və insan hüquqlarının qorunmasının, beynəlxalq hüququn praktiki tətbiqinin effektivliyinin artırılması ilə bağlı fikirlərini bölüşüblər.
Söhbət məhkəmə sisteminin inkişafı, məhkəmə qərarlarının təkmilləşdirilməsi və onların ədalətin təminində və hüquq sistemindəki rolu barədə fikir mübadiləsi ilə davam etdirilib. Tədbir çərçivəsində hakimliyə namizədlər parlamentin inzibati binasında Heydər Əliyevin adını daşıyan xatirə zalını ziyarət ediblər, Plenar iclas zalı ilə tanış olublar. Tədbir zamanı görüş iştirakçıları xatirə şəkli çəkdiriblər.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


