Uolts: “BMT qaydaya salınmalıdır”

      Uolts:    “BMT qaydaya salınmalıdır”
  02 Oktyabr 2025    Oxunub:1315
BMT sülhməramlı missiyalara və münaqişələrin qarşısının alınmasına fokuslnmalıdır, onun digər funksiyaları isə azaldılmalıdır.
AzVision.az xəbər verir ki, ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Mayk Uolts belə bəyanat səsləndirib.

“Bütün həftə ərzində həmkarlarıma dediyim və bunu Baş katibə bildirdiyim kimi, biz BMT-ni sülhü təşviq və təmin etmək və müharibənin qarşısını almaq kimi əsas prinsiplərinə qaytarmalıyıq. Bütün digər cəfəngiyyatlar dayandırılmalıdır”, -amerikalı nümayəndə “Fox News” telekanalına müsahibəsində deyib.

Mayk Uoltsun iddiasına görə, ABŞ prezidenti Donald Tramp BMT-yə hər bir tərəfin səsi eşidilə biləcək açıq dialoq və müzakirələr meydançası kimi baxır.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: ABŞ   BMT   qaydalar  



Xəbər lenti