Vətən müharibəsi şəhidinin anım mərasimi keçirilib
Çıxışlarda torpaqlarımızın işğaldan azad edilməsi yolunda canlarını fəda edən vətənpərvər oğullarımızın çağdaş tariximizin qəhrəmanları kimi həmişə ehtiramla yad ediləcəyi vurğulanıb.
Şəhidin atası Aydın Nəcəfov mərasimdə çıxış edərək göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya ailə üzvləri adından minnətdarlığını bildirib.
Qeyd edək ki, Azərbaycan Ordusunun igid zabitlərindən olan Vüqar Aydın oğlu Nəcəfov 1988-ci il avqustun 10-da Ordubad rayonunun Dırnıs kəndində anadan olub. Bakıda Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alaraq zabitlik peşəsinə yiyələnib. Motoatıcı və atəş dəstək taqımının komandiri kimi xidməti vəzifələrinin öhdəsindən şərəflə gəlib, “kapitan” hərbi rütbəsinədək yüksəlib. Vətən müharibəsində Füzuli, Xocavənd və Cəbrayıl rayonlarının yaşayış məntəqələrinin işğaldan azad edilməsi uğrunda döyüşlərdə fəal iştirak edib. 2020-ci il oktyabrın 2-də şəhidlik məqamına yüksəlib. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub. Allah rəhmət eləsin!
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


