Bəzi ərazilərdə qaz olmayacaq

Bəzi ərazilərdə qaz olmayacaq
  02 Oktyabr 2025    Oxunub:587
Xətai rayonunun bəzi ərazilərində qaz olmayacaq.
AzVision.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Qaz xətti üzərində siyirtmənin quraşdırılması ilə bağlı 03.10.2025-ci il tarixdə saat 10:00-dan işlər başa çatana qədər Xətai rayonunun Cavanşir küçəsindəki daşıyıcı qaz xəttində qaz təchizatı dayandırılacaq.

Qaz təchizatı dayandırılan müddətdə Xətai rayonunun Cavanşir, Sadıqcan, 8 Noyabr, Zığ yolu, Əbilov və Kombinat küçələrinin qaz təchizatında fasilə yaranacaq.

AzVision.az







Teqlər:



Xəbər lenti