Körpələr evinin işçilərinin əməkhaqları artırılır

   Körpələr evinin işçilərinin əməkhaqları artırılır
  04 Oktyabr 2025    Oxunub:1010
Səhiyyə Nazirliyinin tabeliyində olan körpələr evinin işçilərinin əməkhaqları artırılır.
AzVision.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncama əsasən, Səhiyyə Nazirliyinin tabeliyində olan körpələr evinin işçilərinin Vahid Tarif Cədvəli ilə müəyyən olunmuş tarif (vəzifə) maaşlarına 1,5 – 3 dəfə artım əmsalları tətbiq edilir.

Nazirlər Kabineti bu Sərəncamın 1-ci hissəsi ilə müəyyən edilən artım əmsallarının şamil olunacağı işçilərin əhatə dairəsini və görülən işin xüsusiyyətindən asılı olaraq miqdarını müəyyən etməli, bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

Sərəncam 2025-ci il avqustun 1-dən tətbiq edilir.

AzVision.az


Teqlər: Prezident   sərəncam   maaş  



Xəbər lenti