Əlisəmid Kürün vəziyyəti ağırlaşıb

Əlisəmid Kürün vəziyyəti ağırlaşıb
  04 Oktyabr 2025    Oxunub:1117
Şair Əlisəmid Kürün vəziyyəti daha da ağırlaşıb.
AzVision.az bildirir ki, bu barədə "Report"a şairin ailəsi məlumat verib. Məlumata görə, həkimlər əlindən gələni etsələr də, onun səhhətində heç bir irəliləyiş olmayıb:

"Ona görə də belə qərara gəldik ki, evə aparaq. Hazırda evdədir və vəziyyəti ağırdır".

Xatırladaq ki, Əlisəmid Kür sentyabrın 15-dən səhhətində yaranan problemlərə görə Respublika Diaqnostika Mərkəzinin reanimasiyasında müalicə alırdı.

AzVision.az


Teqlər: şair  



Xəbər lenti