"Üç ölkə Serbiyada dövlət çevrilişi etmək istəyir"

"Üç ölkə Serbiyada dövlət çevrilişi etmək istəyir"
  05 Oktyabr 2025    Oxunub:1012
"Serbiyada sabitliyi pozmaq və parçalamaq məqsədilə rəngli inqilab həyata keçirmək cəhdinin arxasında Avropanın üç ölkəsi – Böyük Britaniya, Fransa və Almaniya dayanır". Bu sözləri Bosniya və Herseqovinanın Serbska Respublikasının Prezidenti Milorad Dodik deyib.
“Məqsəd təkcə Serbiyada sabitliyi pozmaq deyil, həm də onu parçalamaqdır. Bu da təbii ki, Balkan regionunda serb xalqının gücünü zəiflədə bilər. Özünü “qeyri-hökumət təşkilatı” adlandıran, əslində isə xaricdən idarə olunan müəyyən strukturlar bu fəaliyyətlə məşğul olur. Onlar Serbiyaya qarşı fəaliyyət göstərir, seçki prosesini mənasızlaşdırır və azlığın iradəsini çoxluğa sırımağa çalışırlar”, - deyə o bildirib.

Milorad Dodik qeyd edib ki, serblərin əksəriyyəti Prezident Aleksandar Vuçiçi və onun siyasətini dəstəkləyir.


Teqlər:



Xəbər lenti