"Azercell Telecom" "CIDC 2025: 2-ci Kibertəhlükəsizlik Konfransı"nın sponsorudur
Konfrans Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə Dövlət Təhlükəsizliyi Xidmətinin birgə təşkilatçılığı ilə baş tutacaq. Biznes müştəriləri üçün etibarlı təhlükəsizlik xidmətləri təqdim edən və bu vacib sahədə mütəxəssislərin yetişdirilməsinə xüsusi diqqət ayıran "Azercell Telecom" MMC tədbirin gümüş sponsorudur. Bundan əlavə, mobil operatorun kibertəhlükəsizlik komandası CİDC 2025 yarışmasında şifrələmə, sənaye idarəetmə sistemləri, proqramların kodunun araşdırılması və digər sahələr üzrə təqdim olunacaq tapşırıqlarda bacarıqlarını nümayiş etdirəcək.
"Azercell Telecom"un məqsədi ölkədə kibertəhlükəsizlik ekosisteminin inkişafına dəstək vermək, rəqəmsal mədəniyyəti gücləndirmək və regionda informasiya təhlükəsizliyinin təminatına töhfə verməkdir.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


