Merkel Polşanı və Baltikyanı ölkələri günahlandırıb

Merkel Polşanı və Baltikyanı ölkələri günahlandırıb
  06 Oktyabr 2025    Oxunub:1132
Polşa və Baltikyanı ölkələr 2021-ci ildə Ukrayna probleminin tənzimlənməsi və Rusiya ilə konstruktiv dialoq tapmaq cəhdlərini sabotaj edərək dolayı yolla müharibənin başlamasına səbəb oldular.
AzVision.az xəbər verir ki, Almaniyanın keçmiş kansleri Angela Merkel Macarıstanın “Partizan” nəşrinə müsahibəsində belə deyib.

“Tənzimləmə cəhdi bəzi ölkələr tərəfindən dəstəklənmədi. Bunlar ilk növbədə mənim təşəbbüsümə qarşı çıxan Baltikyanı ölkələr idi”, - siyasətçi bildirib.

Merkelin sözlərinə görə, o, Avropa İttifaqı (Aİ) ilə Rusiya prezidenti Vladimir Putin arasında yeni dialoq formatı təklif edib. Lakin Aİ-nin Moskvaya münasibətdə ümumi siyasət hazırlaya bilməyəcəyindən narahat olan Estoniya, Latviya, Litva və Polşa fəal şəkildə bu ideyaya qarşı çıxıblar.

- İstənilən halda bu baş tutmadı. Sonra mən vəzifəmi tərk etdim və Ukraynada müharibə başladı”, - Almaniyanın sabiq kansleri vurğulayıb.

Maraqlıdır ki, Rusiyanın Ukraynaya genişmiqyaslı müharibəyə başlamasından bir neçə ay sonra onun özünün iştirakı ilə imzalanmış Minsk razılaşmalarının məqsədinin “Ukraynanın güclənməsinə nail olmaq üçün vaxt qazanmaq” olduğunu etiraf edib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Merkel   Polşa   Baltikyanı  



Xəbər lenti