Mirziyoyev: "Dünyanın güclü dövlətləri ilə əməkdaşlığı davam etdirməliyik"
“Ermənistanla imzalanmış bəyannamə regionda sülhün və sabitliyin bərqərar olması istiqamətində mühüm addımdır. Bu nailiyyət Azərbaycanın siyasi iradəsinin və liderliyinin bariz göstəricisidir.
Biz dünyanın güclü dövlətləri ilə əməkdaşlığı davam etdirməli və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın regionda sabitlik və tərəqqi uğrunda göstərdiyi səyləri yüksək qiymətləndirməliyik. Hesab edirəm ki, qarşılıqlı əməkdaşlığımız çərçivəsində daha sıx və müntəzəm görüşlər keçirilməlidir. Bu, bizim siyasi dialoqumuzun intensivləşməsinə və ortaq hədəflərimizin reallaşmasına əlavə təkan verəcək”, - deyə Şavkat Mirziyoyev əlavə edib.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


