Ərdoğan ABŞ-dən ədalət tələb edir

   Ərdoğan ABŞ-dən ədalət tələb edir
  08 Oktyabr 2025    Oxunub:1319
Türkiyənin ABŞ-nin “F-35” döyüş təyyarəsi istehsalı proqramından kənarda qalmasının heç bir hüquqi əsası yoxdur. Ankara Vaşinqtonla danışıqlarda məhdudiyyətlərin aradan qaldırılacağına ümid edir.
AzVision.az xəbər verir ki, Azərbaycana səfərindən qayıdan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında belə deyib.

“Türkiyə ilə ABŞ bütün sahələrdə olduğu kimi müdafiə sənayesində də sıx əməkdaşlıq edir. Biz bu əlaqələri inkişaf etdirmək və müsbət nəticələr gözləmək üçün bu məsələlərlə bağlı ABŞ ilə danışıqlar aparırıq”, - Trkiyə lideri diqqətə çatdırıb.

Türkiyə Qətərdən qırıcı təyyarələr alacaq?
Onun sözlərinə görə, amerikalı həmkarı Donald Trampla görüşündə açıq və birbaşa “F-35” məsələsini qaldırıb və bu istiqamətdə müsbət siqnallar alıb.

- Türkiyə bu layihədə tərəfdaşdır, bu məsələdə öz öhdəliklərini yerinə yetirib. Bizim bu proqramdan kənarda qalmağımızın səbəbləri tamamilə qeyri-legitimdir”, - Rəsəb Tayyib Ərdoğan vurğulayıb.

Türkiyə lideri qeyd edib ki, ABŞ prezidenti Donald Tramp əvvəllər dolayısı ilə problemin həlli mümkünlüyünə eyham vurub. Ərdoğan, eyni zamanda, bütün səviyyələrdə lazımi texniki məsləhətləşmələrin aparıldığını və F-35 məsələsinin həllinə, eləcə də ABŞ-nin CAATSA qanununa əsasən tətbiq olunan sanksiyaların ləğvinə ümid etdiyini bildirib.


Xatırladaq ki, bundan əvvəl “Middle East Eye” nəşri Ankaranın Qətərdən işlənmiş “Eurofighter Typhoon” qırıcı təyyarələrinin alınması ilə bağlı danışıqlar apardığını yazıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Ərdoğan   ABŞ   ədalət  



Xəbər lenti