İşğaldan azad edilən ərazilərdə 29 kütləvi məzarlıq aşkar edilib

      İşğaldan azad edilən ərazilərdə 29 kütləvi məzarlıq aşkar edilib
  09 Oktyabr 2025    Oxunub:1472
Torpaqlarımızın işğaldan azad edilməsindən sonra həmin ərazilərdə 29 kütləvi məzarlıq aşkar edilmişdir. Məzarlıqlardan tapılmış meyitlərin qalıqlarının ekspertizası qətlə yetirilmiş azərbaycanlıların dəhşətli işgəncələrə məruz qoyulduqlarını sübut edir.
AzVision.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin “İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi” mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciətində bildirilib.

“Bu, çox ağır mənzərədir. İnsanların kütləvi şəkildə, işgəncə ilə öldürülməsi, qeyri-insani qaydada basdırılması və cinayətin izlərinin itirilməsi beynəlxalq hüquq normalarının ciddi pozuntusudur”, - deyə dövlətimizin başçısı qeyd edib.

Azərbaycan dövləti itkin düşmüş şəxslər probleminə beynəlxalq birliyin diqqətinin artırılması üçün böyük səy göstərir deyə, dövlətimizin başçısı bildirib ki, Azərbaycan itkin düşmüş şəxslərlə bağlı BMT Baş Assambleyasında qətnamələrin qəbul edilməsi üzrə 2002-ci ildən təşəbbüslərlə çıxış etməklə, dövlətləri və beynəlxalq təşkilatları bu istiqamətdə lazımi tədbirlər görməyə təşviq edir. “Zənnimcə, BMT bu sahədə səylərini daha da artırmalıdır”, - deyə Prezident əlavə edib.

AzVision.az



Teqlər:



Xəbər lenti