Sabah Bakı, Sumqayıt və Abşeronda pensiyalar ödəniləcək

   Sabah Bakı, Sumqayıt və Abşeronda pensiyalar ödəniləcək
  09 Oktyabr 2025    Oxunub:763
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən oktyabrın 10-da Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərdə tutulub.
Bu barədə AzVision.az -a fondun mətbuat xidmətindən məlumat verilib. Qeyd edək ki, güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ay da qrafik üzrə ödəniləcək.

AzVision.az



Teqlər:



Xəbər lenti