Zakir Həsənov Pakistana başsağlığı verib

   Zakir Həsənov Pakistana başsağlığı verib
  09 Oktyabr 2025    Oxunub:625
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Sahir Şamşad Mirzaya başsağlığı ünvanlayıb.
Bu barədə AzVision.az Müdafiə Nazirliyindən məlumat verilib.

"Pakistanın Əfqanıstanla sərhəddə yerləşən Hayber-Paxtunxva əyalətinin Orakzay rayonunun ərazisində xaincəsinə törədilmiş terror aktı nəticəsində qardaş Pakistan Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusunun şəhid olması barədə xəbər məni hədsiz kədərləndirdi. Həlak olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verir və Allahdan səbir diləyirik", - mətndə qeyd olunub.

AzVision.az



Teqlər:



Xəbər lenti