Ərdoğan Trampa təşəkkür edib

   Ərdoğan Trampa təşəkkür edib
  09 Oktyabr 2025    Oxunub:1207
Ankara Qəzzada atəşkəs razılaşmasının icrası prosesini diqqətlə izləyəcək.
AzVision.az xəbər verir ki, İsrail və HƏMAS hərəkatının nümayəndələri arasında müvafiq razılaşmaların əldə olunmasını şərh edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan belə deyib.

“Türkiyənin iştirakı ilə HƏMAS və İsrail arasında aparılan danışıqların Qəzzada atəşkəs razılaşmasına gətirib çıxarmasından çox məmnunam. İsrail hökumətini atəşkəsə təşviq etmək üçün lazımi siyasi iradə sərgiləyən ABŞ prezidenti Donald Trampa və razılaşmanın əldə olunmasında mühüm dəstək göstərən qardaş ölkələrimiz Qətər və Misirə xüsusi təşəkkürümü bildirirəm”, - Ərdoğan Türkiyə prezidentinin kommunikasiya şöbəsi tərəfindən yayımlanan bəyanatında vurğulayıb.

İsrai-HƏMAS razılaşması | detallar
Türkiyə lideri diqqətə çatdırıb ki, Ankara razılaşmanın icrasını yaxından izləyəcək və bu prosesə öz töhfəsini verməkdə davam edəcək.

Onun sözlərinə görə, Türkiyə Fələstin probleminin 1967-ci il sərhədləri daxilində müstəqil Fələstin dövlətinin qurulması əsasında həlli istiqamətində səylərini indən sonra da əsirgəməyəcək.

Xatırladaq ki, daha əvvəl ABŞ prezidenti Donald Tramp Misirdəki danışıqlardan sonra İsrail və HƏMAS nümayəndələrinin sülh planının birinci fazası ilə bağlı razılaşmalar imzaladığını açıqlamışdı. Onun sözlərinə görə, bu mərhələ bütün girovların “yaxın gələcəkdə” azad edilməsini və İsrail qoşunlarının Qəzza zolağı daxilində razılaşdırılmış xəttə çıxarılmasını nəzərdə tutur.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Ərdoğan   Tramp   təşəkkür  



Xəbər lenti