Ramin Səmədov eyni zamanda qeyd edib ki, Ulu Öndər müstəqil Azərbaycanın siyasi, iqtisadi, hüquqi və sosial-mədəni əsaslarını yaradaraq ölkəmizi beynəlxalq səviyyədə tanıtmışdır. “Bu gün Prezident İlham Əliyev həmin strateji xətti uğurla davam etdirir. Ulu Öndər Heydər Əliyev ideyalarının, xüsusilə gənclərin savadlı, vətənpərvər və milli ruhda yetişməsi istiqamətində irəli sürdüyü prinsiplərin reallığa çevrilməsi onun dövlətçilik irsinin əbədiyaşarlığının bariz göstəricisidir,” – deyə o əlavə edib.
YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev də çıxış edərək vurğulayıb ki, dünyanın hər bir ölkəsinin tərəqqisi onun tarixindən və dahi şəxsiyyətlərin uzaqgörən siyasətindən asılıdır. O bildirib ki, “Tarixi şəxsiyyətlər yaradır. Xalqımızın yetirdiyi böyük siyasi və dövlət xadimi Ulu Öndər Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə müdrik siyasəti ilə hərtərəfli inkişafa nail olub. Onun zəngin fəaliyyəti əsl dövlətçilik məktəbi, gənclərimiz üçün nümunədir.”
B. Nəbiyev həmçinin qeyd edib ki, Ümummilli Liderin müəyyən etdiyi siyasət xətti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan ordusu tarixi Zəfərlərə imza ataraq ölkənin ərazi bütövlüyünü təmin edib.
Görüşdə məruzə ilə çıxış edən deputat Elnarə Akimova Ulu Öndərin Azərbaycan xalqı üçün əvəzsiz irsindən danışıb. O bildirib ki, hər bir xalq öz tarixi şəxsiyyətləri ilə fəxr edir, onların yaratdığı irsə böyük ehtiramla yanaşır:
“Azərbaycan xalqı da hər zaman müasir dövlətimizin memarı və qurucusu, xalqının və ölkəsinin müstəqilliyi, inkişafı naminə böyük və əvəzedilməz işlər görmüş Ulu Öndər Heydər Əliyevi qürur hissi ilə xatırlayır.”
Deputat həmçinin vurğulayıb ki, Ulu Öndərin zəngin həyat yolu və fəaliyyəti bir-birini tamamlayaraq xalqına bağlılığın, milli dövlətçilik prinsiplərinə sədaqətin təcəssümü olmuşdur.
“Ulu Öndər müəllifi olduğu milli inkişaf strategiyasında ictimai, siyasi, sosial, iqtisadi, mədəni və digər sahələrdə qarşıda duran vəzifələri düzgün müəyyənləşdirib və məharətlə həyata keçirib,” – deyə Elnarə Akimova qeyd edib.
Onun sözlərinə görə, Ulu Öndərin müəyyən etdiyi istiqamətlər bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirilir və əldə olunan tarixi Zəfərlər onun siyasət xəttinin uğurla reallaşmasının sübutudur.
Tələbələrin suallarını cavablandıran deputat gəncləri fəal vətəndaşlıq mövqeyi göstərməyə, öz bilik və bacarıqlarını vətənpərvərlik ruhunda istifadə etməyə çağırıb. O qeyd edib ki, gənclərin savadlı və milli ruhda yetişməsi Azərbaycanın gələcəyinin təminatıdır və hər bir vətəndaş Ulu Öndərin irsini daim yaşatmalıdır.
AzVision.az
Görüşün sonunda xatirə şəkli çəkdirilib və tələbələr ilə səmimi dialoq şəraitində fikir mübadiləsi aparılıb.







Vaxtında, Aydın, Lazımlı!


