MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib

   MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
  10 Oktyabr 2025    Oxunub:1768
Düşənbədə MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib.
Azərbaycan Prezidenti İlham Əliyev iclasda iştirak edib.

Tədbirdə Tacikistan Prezidenti Emoməli Rəhmon, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov, Müstəqil Dövlətlər Birliyinin (MDB) Baş katibi Sergey Lebedev və Birliyin MDB İnsan hüquqları komissiyasının sədri, Rusiyanın insan hüquqları üzrə müvəkkili Tatyana Moskalkova çıxış ediblər.

Sonra tədbirin yekun sənədləri imzalanıb.

İclasda Tacikistan Prezidenti Emoməli Rəhmona "Humanitar əməkdaşlığın inkişafında xidmətlərə görə" medalı təqdim olunub.






AzVision.az


Teqlər:



Xəbər lenti