Binaların enerji effektivliyi üzrə pasportlaşdırılması məcburi olacaq

Binaların enerji effektivliyi üzrə pasportlaşdırılması məcburi olacaq
  10 Oktyabr 2025    Oxunub:1492
“Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Qanuna dəyişiklik olunur.
AzVision.az xəbər verir ki, bu məsələ Milli Məclis oktyabrın 10-da keçirilən iclasının gündəliyinə daxil edilib.

Qanun layihəsinə əsasən, yeni tikilən, yenidən qurulan və əsaslı təmir olunan yaşayış və qeyri-yaşayış binalarının enerji effektivliyi üzrə pasportlaşdırılması məcburi olacaq, lakin bəzi bina kateqoriyaları (tarixi abidələr, yardımçı və müvəqqəti tikililər, istixanalar, anbarlar, istehsalat binaları, fərdi yaşayış evləri və s.) bu tələbdən istisna ediləcək.

AzVision.az


Teqlər:



Xəbər lenti