Bakı metrosunda ölüm baş verib

Bakı metrosunda ölüm baş verib
  11 Oktyabr 2025    Oxunub:1440
Bakıda metroda ölüm hadisəsi baş verib.
Hadisə bu gün səhər saatlarında metronun "28 May" stansiyasında qeydə alınıb. "Bakı Metropoliteni" QSC-dən daxil olan məlumatda isə bildirilib ki, qatarda halı pisləşmiş sərnişin "28 May" stansiyasında düşürüldükdən qısa müddət sonra vəfat edib:

"Məlumat daxil olan kimi təcili tibbi yardım briqadası çağırılıb və qatardan düşürülən kimi sərnişinə ilkin yardım göstərilib. 70-75 yaş arası kişi sərnişinin ölüm faktı ilə əlaqədar aidiyyəti üzrə qurumlara məlumat verilib".

AzVision.az


Teqlər:



Xəbər lenti