AKTA və “Femmes Digitales” arasında Anlaşma Memorandumu imzalanıb

AKTA və “Femmes Digitales” arasında Anlaşma Memorandumu imzalanıb
  11 Oktyabr 2025    Oxunub:1490
Bakıda keçirilən “Women in Cyber - Qadınların səsi, kibertəhlükəsizlikdə dayanıqlığın güclənməsi” mövzusunda beynəlxalq konfrans çərçivəsində “Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası (AKTA)” İctimai Birliyi ilə “Femmes Digitales” təşkilatı arasında Anlaşma Memorandumu imzalanıb.
AzVision.az xəbər verir ki, memorandumu AKTA-nın icraçı direktoru Rauf Cabbarov ilə “Femmes Digitales”ın təsisçisi və sədri Jana Krımpe imzalayıblar.

“Femmes Digitales – Supporting Women in Tech” İctimai Birliyi və Estoniyanın Elektron Hökumət Akademiyasının (e-Governance Academy, eGA) təşkil etdiyi tədbir “Critical Infrastructure Defence Challenge 2025 (CIDC-2025)” beynəlxalq kiberfestivalı çərçivəsində keçirilir.


Konfransın əsas tərəfdaşları kimi Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və AKTA çıxış edir.

AzVision.az


Teqlər: AKTA   Memorandum  



Xəbər lenti