Tramp: “Qəzzada müharibə bitib”

      Tramp:    “Qəzzada müharibə bitib”
  13 Oktyabr 2025    Oxunub:1117
ABŞ prezidenti Donald Tramp Qəzza sektorunda müharibənin sona çatdığını bildirib.
AzVision.az xəbər verir ki, Amerika lideri jurnalistlərlə söhbətində belə açıqlama səsləndirib.

“Müharibə qurtardı. Bu, həqiqətən də xüsusi məqamdır. Bu hadisənin bir hissəsi olmaqdan şərəf duyuram və əminəm ki, Qəzzada yeni administrasiya çox tez işə başlayacaq”, - Ağ Evin rəhbəri vurğulayıb.

Donald Tramp, həmçinin özünün Yaxın Şərqə səfərinin uğurlu olacağını düşündüyünü söyləyib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Tramp   Qəzza   sülh  



Xəbər lenti