Tramp Nil ordeni alacaq

   Tramp Nil ordeni alacaq
  13 Oktyabr 2025    Oxunub:1374
Misir prezidenti Əbdülfəttah əs-Sisi amerikalı həmkarı Donald Trampı bu ölkənin ali dövlət mükafatı olan Nil ordeni ilə təltif edəcək.
AzVision.az xəbər verir ki, Misir prezidentinin dəftərxanası belə məlumat yayıb.

“Prezident Əbdülfəttah əs-Sisi ABŞ prezidentini sülh səylərinə və münaqişələrin həllinə dəstək göstərdiyi görkəmli töhfələrinə, sonuncu kimi Qəzzada müharibənin dayandırılmasındakı əsas roluna görə Nil ordeni ilə təltif etmək qərarına gəlib”, - xəbərdə deyilir.

Tramp: “Qəzzada müharibə bitib”
İsrail prezidenti İshak Hersoqun dəftərxanası, öz növbəsində, “girovları evlərinə qaytarmaq üçün göstərdiyi səylərə görə” Donald Trampın prezidentin fəxri Şərəf medalı ilə təltif oluncağı barədə qərarını açıqlayıb.

- Mükafat prezident Trampın İsrail dövlətinə güclü və sarsılmaz dəstəyini, onun İsrailin təhlükəsizliyinə və vətəndaşlarının rifahına misilsiz töhfəsini və bütün regionu sülh və əməkdaşlıq dövrünə aparmağa sadiqliyini əks etdirir”, - məlumatda vurğulanır.

Medalın yaxın aylarda İsrail prezidentinin təqdim edəcəyi bildirilir. Mərasimin vaxtı və yeri daha sonra müəyyənləşdiriləcək.

Xatırladaq ki, bundan əvvəl Amerika lideri Donald Tramp Qəzza zolağında müharibənin bitdiyini bəyan edib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Tramp   Nil   Şərəf  



Xəbər lenti