ÜST Hindistan sirpoları ilə bağlı xəbərdarlıq edib

   ÜST    Hindistan sirpoları    ilə bağlı xəbərdarlıq edib
  14 Oktyabr 2025    Oxunub:1441
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Hindistanda istehsal olunan üç təhlükəli öskürək siropu ilə bağlı ölkələrə xəbərdarlıq edib.
Söhbət “Sresan Pharmaceutical”, “Coldrif”, “Rednex Pharmaceuticals Respifresh TR” və “Shape Pharma” əczaçılıq şirkətlərinin xüsusi partiyalarına aiddir. Qurum keyfiyyətsiz məhsulların əhəmiyyətli sağlamlıq riski yaratdığını və ciddi, potensial həyati təhlükəsi olan xəstəliklərə səbəb ola biləcəyini açıqlayıb.

Qeyd edək ki, öskürək dərmanının tərkibində icazə verilən həddən təxminən 500 dəfə yüksək olan zəhərli dietilen qlikol maddəsi olub. Siropları qəbul edən 14 uşaq ölüb.

AzVision.az


Teqlər:



Xəbər lenti