BMT: "Qəzzada bütün keçidlər açılmalıdır"

      BMT:    "Qəzzada bütün keçidlər açılmalıdır"
  14 Oktyabr 2025    Oxunub:1122
"Müharibədən əziyyət çəkən Fələstinə zəruri yardımın maneəsiz çatdırılması üçün Qəzza zolağındakı bütün keçidlər açılmalıdır".
Bu çağırış Birləşmiş Millətlər Təşkilatı (BMT) və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) birgə bəyanatında vurğulanır. BQXK-nin baş sözçüsü Kristian Kardon və BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin (OCHA) sözçü müavini Jens Lerke Cenevrədə jurnalistlərə açıqlamada söyləyiblər ki, İsrail tərəfi keçidlərin açılmasına "hökmən" icazə verməlidir.
Qəzzanın bərpası üçün lazımi məbləğ açıqlanıb

Xatırladaq ki, oktyabrın 9-da HƏMAS terror təşkilatı ABŞ Prezidenti Donald Trampın təklifi üzrə İsraillə Qəzza zolağında atəşkəsə razılıq verib. ABŞ Prezidenti Donald Tramp xəbəri şəxsən bölüşüb. Dünən isə Qəzzada saxlanılan əsirlərin hamısı azadlığa buraxılıblar. Eyni zamanda, hadisə ilə əlaqədar Misirdə Yaxın Şərq Sülh Sammiti baş tutub. Hazırda atəşkəs üzrə danışıqların ikinci mərhələsinin keçirilməsi gözlənilir.

Firudin Həmidli
AzVision.az


Teqlər:   BMT   BQXK   Qəzza   keçidlər  



Xəbər lenti