Elgün Cavadov: "Azərbaycana müalicə məqsədilə gələnlərin sayı artır"

      Elgün Cavadov:    "Azərbaycana müalicə məqsədilə gələnlərin sayı artır"
  15 Oktyabr 2025    Oxunub:1200
"Ölkəmizdə sağlamlıq turizmi sahəsində müsbət tendensiyalar baş verməkdədir".
Bu sözləri Dövlət Turizm Agentliyinin (DTA) təşkilatçılığı ilə Bakıda keçirilən "Sağlamlıq Turizmi Konfransı 2025: Rifah və Tibbi turizmin gələcək istiqamətləri" adlı beynəlxalq konfransda DTA-nın mədəni irs və regional turizm şöbəsinin müdiri Elgün Cavadov dilə gətirib. O vurğulayıb ki, Azərbaycanda artıq bir çox xəstəxana və klinika xarici pasientləri qəbul etmək imkanına və nüfuzuna malikdir.

"Bu sahədə güclü rəqabət mühitini nəzərə alaraq çalışırıq ki, ölkəmizin özünəməxsus xidmətlərini dünyaya daha tez çatdıraq. Eyni zamanda, Azərbaycan hotellər səviyyəsində də sağlamlıq turizmi inkişaf etdirilir. DTA bu məqsədlə aparıcı tərəfdaşlarla əməkdaşlıq edir", – Elgün Cavadov bildirib.

O diqqətə çatdırıb ki, ölkədə sağlamlıq turizmi üzrə müsbət tendensiya çərçivəsində xüsusilə postsovet ölkələrindən Naftalana gələnlərin sayı hər il artır:

"Bildiyiniz kimi, Prezident İlham Əliyevin Naftalanda sağlamlıq turizminin inkişafı ilə əlaqədar sərəncam verilib. Bu çərçivədə Naftalanda müalicəyönümlü xidmətlərin genişləndirilməsi, dünya standartlarına uyğunlaşdırılması üzrə mühüm işlər aparılır. Yaxın gələcəkdə Azərbaycanın bu sahədə özünəməxsus təcrübəsi ilə fərqlənəcəyi gözlənilir".

AzVision.az


Teqlər: DTA  



Xəbər lenti