AZSTAND-ın nümayəndə heyəti ISO-nun illik toplantısında
DEVCO iclası çərçivəsində təşkilatın Məsləhət Qrupunun hesabatı, 2026-2030-cu illər üzrə inkişaf etməkdə olan ölkələr üçün fəaliyyət planı və digər mövzular müzakirə edilib. Həmçinin Mikro, Kiçik və Orta Müəssisələrin (MSMEs) nümayəndələri ilə standartların faydalarına dair dəyirmi masa təşkil olunub.
Bundan əlavə, AZSTAND “ISO Yaxşı Standartlaşdırma Təcrübələri” təlimində iştirakına və göstərdiyi nəticələrə görə mükafatlandırılıb. Toplantı zamanı keçirilən sessiyalarda “Тəsir üçün birləşmə” şüarı altında biomüxtəliflik, rəqəmsal təkamül, süni intellekt, gender bərabərliyi və digər mövzularda standartların hazırlanması və əhəmiyyəti barədə müzakirələr aparılıb. Bununla yanaşı, ISO 17298 - Təşkilatlar üçün Biomüxtəliflik: Təlimat və tələblər, təşkilatlara biomüxtəlifliyi öz strategiya və əməliyyatlarına daxil etməyə kömək edən ilk beynəlxalq standartın təqdimatı keçirilib.
Avropa və Mərkəzi Asiya regionu üzrə forum zamanı ISO üzvlərinə dayanıqlı dəstəyin təmin edilməsi və regional standartlaşdırma təşkilatları ilə tərəfdaşlığın gücləndirilməsinə xidmət edən Regional İştirak Siyasəti müzakirə edilib, qrup müzakirələrinin biri AZSTAND nümayəndə heyəti tərəfindən aparılıb.
Eyni zamanda, Beynəlxalq Standartlaşdırma Təşkilatı, Beynəlxalq Elektrotexniki Komissiyası (IEC), eləcə də Türkiyə, Çin və digər ölkələrin standartlaşdırma qurumlarının, Amerika Test Materialları Cəmiyyətinin (ASTM) nümayəndələri ilə, o cümlədən ISO COPOLCO (İstehlakçı Siyasət Komitəsi) və ISO CASCO-nun (Uyğunluğun Qiymətləndirilməsi Komitəsi) sədr və katibi ilə ikitərəfli görüşlər keçirilib.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


