"Hazırda xəstəxanalarımızda vətəndaşlarımıza xidmət göstərmək üçün yüksək imkanlar mövcuddur. Növbəti mərhələdə isə hədəfimiz əcnəbi pasientlərə də xidmət göstərməkdir. Bu işlə əlaqədar TƏBİB və DTA birgə strategiya hazırlayıb", – Murad Mirzəyev bildirib.
O diqqətə çatdırıb ki, tədbirlər planı çərçivəsində 2026-cı ilin martında Azərbaycana hədəf ölkələrdən sağlamlıq turizmi üzrə mütəxəssislər dəvət olunacaqlar:
"Onlara ölkəmizdəki xəstəxanaların imkanları təqdim ediləcək. Beləliklə, sağlamlıq turizmi imkanlarımızı öz vətənlərində yayacaq, əcnəbi pasientlərin Azərbaycana gəlişinə maraq oyadacaqlar".
Departament rəhbəri həyati əhəmiyyətli sağlamlıq mərkəzlərinin yalnız paytaxt Bakıda yox, rayonlarda da ərsəyə gətirildiyini vurğulayıb:
"Hazırda Şirvan, Lənkəran və Şəki rayonlarında ürək-sağlamlıq mərkəzləri fəaliyyət göstərir. Bu çərçivədə qarşımıza məqsəd qoyduğumuz işlərin təqribən 70%-i həyata keçirilib, xəstəxanaların infrastrukturu yenilənib. Eyni zamanda, Lənkəranda uroloji, Qubada travmatoloji sağlamlıq mərkəzləri açılıb. Bu sahədə vətəndaşlarımızın ehtiyacları əsasında işlərimiz davam etdirilir. Bu yaxında Şuşada da sağlamlıq mərkəzi fəaliyyətə başlayıb. Bu mərkəzdə təbii müalicə üsullarına əsaslanan sağlamlıq turizmi üçün infrastrukturun qurulmasına xüsusi diqqət ayrılıb".

AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


