- “Apple” Çindən gələn geosiyasi gərginliklər və potensial tədarükün kəsilməsi ilə bağlı riskləri azaltmağa çalışır. Bununla belə, istehsalın köçürülməsi şirkəti Tramp administrasiyası tərəfindən Vyetnam mallarına tətbiq olunan 20%-lik tariflərdən azad etməyəcək”, - agentlik yazır.
|
| ABŞ və Çin yenidən sanksiyalara əl atıblar |
Xatırladaq ki, oktyabrın 10-da ABŞ prezidenti Donald Tramp Vaşinqtonun noyabrın 1-dən və ya ondan əvvəl Çin məhsullarına tarifləri 100% artıracağını, həmçinin proqram təminatına ixrac nəzarəti tətbiq edəcəyini açıqlayıb. Bu, ABŞ-nin Çin məhsullarına tətbiq etdiyi ümumi tarifləri 130%-ə çatdıracaq.
Eyni zamanda, Amerika lideri Ağ Evdə argentinalı həmkarı Xavyer Milleylə görüşündə jurnalistlərin suallarını cavablandırarkən Vaşinqtonun Pekinlə münasibətlərdə ehtiyatlı olması zərurətini vurğulayıb.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


