Türkiyədə terrorçuluqda şübhəli bilinən 62 nəfər saxlanılıb

Türkiyədə terrorçuluqda şübhəli bilinən 62 nəfər saxlanılıb
  19 Oktyabr 2025    Oxunub:1218
Türkiyənin hüquq-mühafizə orqanlarının əməkdaşları “Paralel dövlət” (FETÖ) terror təşkilatı ilə əlaqədə şübhəli bilinən şəxslərin saxlanılması ilə bağlı növbəti genişmiqyaslı əməliyyat keçiriblər.
Türkiyənin daxili işlər naziri Ali Yerlikayaya özünün sosial şəbəkə hesabında xəbər verib ki, iki həftə ərzində ölkənin 32 əyalətində əməliyyatlar keçirilib.

Baş Prokurorluqların və Jandarma Terrorla Mübarizə İdarəsinin koordinasiyası ilə, vilayət jandarma komandanlıqları tərəfindən Adana, Adıyaman, Aksaray, Amasya, Ankara, Antalya, Aydın, Burdur, Bursa, Çanaqqala, Diyarbəkir, Edirnə, Elazığ, Ərzurum, Eskişehir, Hatay, İstanbul, İzmir, Kahramanmaraş, Kırıkkale, Konya, Kütahya, Manisa, Mersin, Muğla, Samsun, Siirt, Sivas, Şanlıurfa, Tokat, Uşak və Van vilayətlərində keçirilən əməliyyatlar zamanı ümumilikdə 62 nəfər şübhəli şəxs qismində saxlanılıb . Onlardan 41-i məhkəmə qərarı ilə həbs olunub, 4 nəfər barəsində məhkəmə nəzarəti tədbiri tətbiq olunub, digərləri ilə bağlı istintaq hərəkətləri isə davam edir.

Şübhəlilər terror təşkilatları ilə əlaqədə olmaqda, cinayətkar qurumları maliyyələşdirməkdə və FETÖ ideologiyasını təbliğ etməkdə ittiham olunurlar.

Röya Əliyeva
AzVision.az



Teqlər:



Xəbər lenti