Bu il TƏBİB-in Çağrı Mərkəzinə 110 mindən çox zəng daxil olub

Bu il TƏBİB-in Çağrı Mərkəzinə 110 mindən çox zəng daxil olub
  21 Oktyabr 2025    Oxunub:595
Bu ilin yanvar-sentyabr ayları ərzində TƏBİB-in "815" Çağrı Mərkəzinə ümumilikdə 113 min 610 zəng daxil olub.
Bu barədə AzVision.az -a TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, müraciətlərdən 110 min 527-si müvafiq olaraq cavablandırılıb, 3 083 zəng isə Çağrı xidməti tərəfindən araşdırılması üçün qəbul edilib. 1 413 müraciətlə bağlı vətəndaşlara müvafiq izahatlar verilib, 1 392 müraciətlə bağlı məsələ həll edilib, 278 müraciət isə elektron sənəd dövriyyəsi üzərindən rəsmiləşdirilərək aidiyyəti üzrə yönləndirilib.

Daxil olan müraciətlərin mövzusu, əsasən, müayinə və müalicənin təşkili, əlillik məsələləri, dərman təminatı, tibbi heyət və tibbi xidmətdən şikayət, kadr məsələləri, tibbi arayış və sənədlərin verilməsi ilə bağlı olub.

AzVision.az


Teqlər:



Xəbər lenti