"Konstitusiyanın 30 illiyi" medalı təsis edilib

   "Konstitusiyanın 30 illiyi" medalı təsis edilib
  22 Oktyabr 2025    Oxunub:1929
"Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi (1995–2025)" yubiley medalı təsis edilib.
AzVision.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə müvafiq qanunda dəyişikliyi təsdiqləyib. Yubiley medalı haqqında əsasnaməyə görə, medalla Azərbaycan Konstitusiyasının hazırlanmasına, təkmilləşdirilməsinə və təbliğinə, qanunvericilik və hüquq sisteminin inkişafına, aliliyinin təmin edilməsinə, dövlət müstəqilliyinin möhkəmləndirilməsinə, Konstitusiya ilə təsbit olunmuş əsas insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsinə, konstitusion ideya və prinsiplərin formalaşdırılması və inkişafına töhfələr vermiş, habelə Azərbaycan dövləti qarşısında xüsusi xidmətləri olan şəxslər təltif ediləcəklər.

Medalla təltif edən qurum qismində Konstitusiya Məhkəməsi çıxış edəcək.

AzVision.az


Teqlər: Prezident   medal  



Xəbər lenti