İlham Əliyev Yaponiyanın Baş nazirinə təbrik göndərib

   İlham Əliyev Yaponiyanın Baş nazirinə təbrik göndərib
  22 Oktyabr 2025    Oxunub:1185
Prezident İlham Əliyev Yaponiyanın Baş naziri xanım Sanae Takaiçiyə təbrik ünvanlayıb.
AzVision.az təbrik məktubunun mətnini diqqətə çatdırır:

"Yaponiyanın Baş naziri vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Biz Azərbaycan-Yaponiya münasibətlərinin hərtərəfli inkişafına xüsusi əhəmiyyət veririk. Hazırda iki ölkə arasında əməkdaşlığın müxtəlif sahələrdə yeni məzmunla zənginləşməsi üçün yaxşı imkanlar mövcuddur.

İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq dövlətlərarası əlaqələrimizin daha da möhkəmləndirilməsi, mövcud potensialdan istifadə edərək ikitərəfli və çoxtərəfli qaydada qarşılıqlı faydalı əməkdaşlığımızın bundan sonra da genişləndirilməsi yolunda birgə səylər göstərəcəyik.

Bir daha Sizə təbriklərimi yetirir, möhkəm cansağlığı, xoşbəxtlik, dost Yaponiya xalqının rifahı naminə qarşıdakı məsul dövləti fəaliyyətinizdə uğurlar arzulayıram".

AzVision.az


Teqlər: Prezident   təbrik  



Xəbər lenti