Hazırda 111 qadın taksi sürücüsü kimi fəaliyyət göstərir - AYNA
Bildirilib ki, bugünədək taksi sürücüsü olmaq istəyən 169 qadın Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə müraciət edərək müvafiq imtahanları uğurla keçib və şəhadətnamə əldə edib.
Hazırda həmin qadın sürücülərdən 111-i taksi sürücüsü kimi fəaliyyət göstərir. Müraciət edənlərdən 8 nəfəri 20-30 yaşarası, 78 nəfəri 30-50 yaşarası, 25 nəfəri isə 50 yaşdan yuxarı xanımlardır. Taksi fəaliyyəti ilə məşğul olan ən gənc xanım sürücünün 23, ən yaşlısının isə 71 yaşı var.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


