Mərakeş və Pakistan vətəndaşları sərhədi pozmağa cəhd göstərib

Mərakeş və Pakistan vətəndaşları sərhədi pozmağa cəhd göstərib
  23 Oktyabr 2025    Oxunub:1166
Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıb.
Bu barədə AzVision.az -a Dövlət Sərhəd Xidmətindən (DSX) məlumat verilib.

Bildirilib ki, DSX-nin Sərhəd Qoşunlarının "Şəki" sərhəd dəstəsinin xidməti ərazisində Azərbaycandan Rusiya istiqamətinə dövlət sərhədini pozmağa cəhd göstərən iki nəfər Mərakeş vətəndaşı – Mohammed Fassih və Ousama Ben Moulay, "Şəmkir" sərhəd dəstəsinin xidməti ərazisində Gürcüstan istiqamətinə üç nəfər Pakistan vətəndaşı – Ali Syed Farman, Amir Muhammad Shantazgul və Shah Syed Norman həyata keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində saxlanılıblar.

Faktlar üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

AzVision.az


Teqlər:



Xəbər lenti