Yol bağlandığı üçün avtomobildə doğulan körpə ölüb
Nəticədə doğuş “VAZ-21010” markalı nəqliyyat vasitəsində baş tutub. Ancaq bütün səylərə baxmayaraq, yeni doğulan körpənin həyatını xilas etmək mümkün olmayıb. X.A. isə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
TƏBİB-dən AzVision.az -ın sorğusuna cavab olaraq bildirilib ki, bu gün saat 11:00 radələrində 1985-ci il təvəllüdlü (qadın) Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Ona vaxtından əvvəl doğuş diaqnozu təyin edilib.
Hazırda pasientin müalicəsi tibb müəssisəsinin Ginekologiya və doğum şöbəsində davam etdirilir, vəziyyəti stabil olaraq qiymətləndirilir.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


