Elektrik avtomobilləri 1 il müddətinə ƏDV-sən azad olunur

   Elektrik avtomobilləri 1 il müddətinə ƏDV-sən azad olunur
  23 Oktyabr 2025    Oxunub:1049
Azərbaycana elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı və satışı 1 il müddətinə əlavə dəyər vergisindən (ƏDV) azad olacaq.
AzVision.az xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Sənədə əsasən, 2026-cı il yanvarın 1-dən 1 il müddətinə yalnız elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı və satışı ƏDV-dən azad edilir.

AzVision.az


Teqlər:



Xəbər lenti