Komitənin Aparat rəhbəri vəfat edib

 Komitənin Aparat rəhbəri vəfat edib
  24 Oktyabr 2025    Oxunub:1293
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Nəriman Qurbanov vəfat edib.
Bildirilib ki, N.Qurbanov bu gecə 64 yaşında həyatını itirib.

Qeyd edək ki, Nəriman Əhmədağa oğlu Qurbanov 1960-cı ilin 20 oktyabrında Bakıda anadan olub. Azərbaycan dövlət xadimi, əməkdar dövlət qulluqçusu, Azərbaycan Respublikası Baş Dövlət Vergi Müfəttişliyi rəisinin köməkçisi, Bakı şəhər Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini, Diasporla İş üzrə Dövlət Komitəsinin Aparatının rəhbəri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzində müşavir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyində Protokol xidməti və dövlət əhəmiyyətli tədbirlərin təşkili sektorunun müdiri, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində Daxili nəzarət sektorunun müdiri vəzifəsində çalışıb.

Sonuncu vəzifəsi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Aparatının rəhbəri, dövlət qulluğunun baş müşaviri olub. Allah rəhmət eləsin.

AzVision.az


Teqlər:



Xəbər lenti