Beyləqandakı heyvan bazarında nöqsanlar aşkarlanıb
Aparılmış yoxlamalar zamanı verilmiş göstərişlərə baxmayaraq, bazarda bəzi nöqsanlara yol verildiyi müəyyən edilib. Aşkarlanmış çatışmazlıqların aradan qaldırılması məqsədilə bazar sahibinə icrası məcburi göstərişlər verilib.
AQTA bildirir ki, heyvan bazarlarında müxtəlif mənşəli heyvanların bir yerdə saxlanılması, satış və daşınma prosesləri infeksiya törədicilərinin yayılmasına, bununla da ölkə ərazisində yoluxucu xəstəliklərin başvermə riskinin artmasına səbəb ola bilər.
Həmin risklərin qarşısının alınması məqsədilə respublikanın baş dövlət baytarlıq müfəttişinin imzaladığı müvafiq qərara əsasən, 2025-ci il oktyabrın 25-dən etibarən ölkə ərazisində fəaliyyət göstərən heyvan bazarlarında sağlamlaşdırma tədbirlərinin görülməsi üçün mərhələli şəkildə müvəqqəti məhdudiyyətlər tətbiq olunacaq.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


