"Eternity - 2025" təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib

"Eternity - 2025" təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib
  24 Oktyabr 2025    Oxunub:1050
Azərbaycan, Gürcüstan və Türkiyə hərbçilərinin iştirakı ilə Türkiyənin Qars vilayətində təşkil olunan üçtərəfli "Eternity-2025" kompüter dəstəkli komanda qərargah təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib.
Bu barədə AzVision.az -a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, tədbirdə Əlahiddə Ümumqoşun Ordunun komandanı general-mayor Kənan Seyidov, Azərbaycan Respublikasının Türkiyədəki hərbi attaşelik aparatının nümayəndələri, eləcə də digər ölkələrdən olan yüksək səviyyəli qonaqlar iştirak ediblər.

Yüksək səviyyəli qonaqlar komanda məntəqəsində təlimin gedişatını izləyiblər.

Üçtərəfli "Eternity - 2025" kompüter dəstəkli komanda qərargah təliminin gedişatı və iştirakçı ölkələrin hərbi qulluqçularının peşəkarlığı yüksək qiymətləndirilib.

Sonda təlimdə fərqlənənlərə mükafatlar təqdim olunub.

AzVision.az


Teqlər:



Xəbər lenti