Xocalı məktəbinin məzunlarının ilk görüşü olub
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, görüş iştirakçıları əvvəlcə Xocalı Şəhidlər xiyabanını ziyarət edib, şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
1992-ci ilin fevralında erməni silahlı birləşmələri tərəfindən törədilən Xocalı soyqırımının dəhşətlərindən, o faciənin xalqımızın yaddaşında buraxdığı izlərdən də danışıblar.Tədbirin təşkilatçısı Səriyyə Müslümqızı çıxışı zamanı bildirib ki, bu gün azad Xocalının adı qürurla çəkilir, insanlar doğma yurdlarına qayıdır, Xocalıya həyat yenidən dönür. Onun sözlərinə görə, bu gün burada toplaşmaq həm yaddaşın, həm də qürurun təntənəsidir.
Tədbirin sonunda məzunlar belə görüşlərin davamlı keçirilməsinin vacibliyini vurğulayaraq, azad Xocalının dirçəlməsi və gənc nəslin doğma torpaqlarda yetişməsi üçün birgə səylə çalışacaqlarına söz veriblər.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


