Böyük Britaniyanın Baş naziri Türkiyəyə səfər edəcək

Böyük Britaniyanın Baş naziri Türkiyəyə səfər edəcək
  26 Oktyabr 2025    Oxunub:1229
Böyük Britaniyanın Baş naziri Kir Starmer, Prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə 27 oktyabrda Ankaraya rəsmi səfər edəcək .

Bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Burhaneddin Duran paylaşım edib.

Paylaşımda qeyd olunub ki, görüş zamanı hazırki regional və beynəlxalq məsələlər, eləcə də Türkiyə–Böyük Britaniya münasibətləri müzakirə olunacaq.

AzVision.az


Teqlər:



Xəbər lenti