Paşinyan: "Sülhün qayğısına qalmalıyıq"
"Doğrudur, sülh şəraitində yaşamaq, sülh şəraitinə uyğun düşüncəyə və rəftara yiyələnmək asan məsələ deyil. Bu işə çox diqqətlə yanaşmalı, sülhə qayğı göstərməli, onu daha da gücləndirib institusional hala gətirmək üçün qorumalıyıq", – Baş nazir söyləyib.
Nikol Paşinyan bildirib ki, rəsmi Bakı ilə sülh prosesi üzrə mütəmadi iş aparılmaqdadır.
Xatırladaq ki, avqustun 8-də Vaşinqtonda ABŞ, Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə sülh sazişi paraflanıb, eyni zamanda, sülh bəyannaməsi imzalanıb.
Firudin Həmidli
AzVision.az
Teqlər: Ermənistan Azərbaycan sülh-prosesi







Vaxtında, Aydın, Lazımlı!


