Körpələr evinin işçilərinin əməkhaqları artırılıb

   Körpələr evinin işçilərinin əməkhaqları artırılıb
  27 Oktyabr 2025    Oxunub:417
Nazirlər Kabineti Səhiyyə Nazirliyinin tabeliyində olan körpələr evinin işçilərinin əməkhaqlarının artırılması haqqında qərar verob.
AzVision.az -ın xəbərinə görə, qərara əsasən, Səhiyyə Nazirliyinin tabeliyində olan körpələr evinin işçilərinin Vahid Tarif Cədvəli ilə müəyyən olunmuş tarif (vəzifə) maaşlarına aşağıdakı artım əmsalları tətbiq ediləcək:

- baş həkim – 3,0 dəfə;
- baş mühasib, həkim-pediatr, musiqi rəhbəri, baş tərbiyəçi, tərbiyəçi, həkim diyetoloq – 2,5 dəfə;
- baş tibb bacısı, böyük tibb bacısı (qardaşı), psixoloq, hüquq məsləhətçisi, mühasib – 2,0 dəfə;
- təsdiq edilmiş mövcud ştat vahidinə uyğun olaraq digər vəzifələr – 1,5 dəfə.


Maliyyə Nazirliyi bu qərardan irəli gələn məsələləri həll etməlidir. Bu Qərar 2025-ci il avqustun 1-dən tətbiq edilir.

AzVision.az



Teqlər:



Xəbər lenti