Daha iki marşrutun avtobusları yenilənəcək
Sənədlər 25 noyabr 2025-ci il, saat 17:00-dək AYNA-da (ünvan: Bakı şəhəri, Hacı Məmmədov küçəsi 5; əlaqələndirici şəxs: Anar Məmmədov - tel: 050-444-10-75, e-poçt: [email protected]) qəbul ediləcək.
Müsabiqəyə əsas avtobuslarla yanaşı ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır. İddiaçıların təkliflərinə komissiya tərəfindən 515 nömrəli (Xırdalan şəhəri - Bakı Beynəlxalq Avtovağzal Kompleksi) avtobus marşrutu üzrə 1 lotda dekabrın 16-da, 49 nömrəli ("28 May" m/st - 68 nömrəli məktəb) avtobus marşrutu üzrə 1 lotda dekabrın 19-da baxılacaq. Lotlar üzrə marşrutların qrafikləri haqqında məlumatı buradan əldə edə bilərsiniz.
Şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılmasıdır.
AzVision.az
Teqlər: AYNA







Vaxtında, Aydın, Lazımlı!


