Sekspionaj: Çin və Rusiya kəşfiyyatı “Silisium vadisi”nə qarşı

      Sekspionaj:    Çin və Rusiya kəşfiyyatı “Silisium vadisi”nə qarşı
  28 Oktyabr 2025    Oxunub:3294
Rusiya və Çinin xüsusi xidmətləri ABŞ-nin “Silisium vadisi”ndə çalışan mütəxəssisləri ələ almaq üçün gözəl qadınlardan istifadə edirlər. “The Times”ın yazdığına görə, əvvəlcə həmin mütəxəssislərlə sosial şəbəkədə əlaqə yaradılır. Qısa zamandan sonra intim yazışmalar texnoloji mövzulara keçməyə başlayır.
Bu yolla xüsusi xidmətlər “Silisium vadisi”ndəki texnoloji şirkətlərin əməkdaşlarından son yeniliklərlə bağlı məxfi məlumartları əldə etməyə çalışırlar. Bir sıra hallarda həmin məlumatlar Çinin rəqabət aparan şirkətlərinə ötürülür.


Qəzet yazır ki, bu yaxınlarda rusiyalı qadın aviakosmik sahədə çalışan amerikalı mütəxəssislə münasibət qurub. Sonra ona ərə gedib və uşaqlar doğub. Paralel olaraq ərinin işi, kosmik və hərbi sferalardakı innovasiyalar haqqında müntəzəm şəkildə məlumatlar toplayıb. Həmin sahənin aparıcı şəxslərilə əlaqələr qurub.


Ekspertlərin sözlərinə görə, belə hallara qarşı mübarizə aparmaq çətindir. Çünki casus əməliyyatlarında peşəkar kəşfiyyatçılardan deyil, mülki insanlardan, o cümlədən, investorlardan, analitiklərdən, biznesmenlərdən, alimlərdən istifadə olunur.

Tariyel Həsənov
AzVision.az


Teqlər: Kəşfiyyat  



Xəbər lenti