İsrail Qəzzaya ardıcıl hava zərbələri endirib

İsrail Qəzzaya ardıcıl hava zərbələri endirib
  28 Oktyabr 2025    Oxunub:522
İsrail aviasiyası bu gecə Qəzza şəhərinə ardıcıl hava zərbələri endirib.
AzVision.az xəbər verir ki, hadisə barədə “Al Jazeera” telekanalı məlumat yayıb.

Hadisə şahidlərinin sözlərinə görə, partlayışlardan biri xəstəxana yaxınlığında baş verib. Zərbələr zamanı İsrailə məxsus pilotsuz uçuş aparatları (PUA) uzun müddət bölgə üzərində dövrə vurub.

HƏMAS nümayəndəsi bəyan edib ki, təşkilat atəşkəs razılaşmasına sadiq qalır və atəşkəsin pozulması ilə bağlı iddiaları qəti şəkildə rədd edir.

Buna baxmayaraq, İsrail ordusu Qəzza istiqamətində genişmiqyaslı hərbi əməliyyatlara başlayıb. Hücumların nəticəsində ölən və yaralananların sayı barədə məlumat dəqiqləşdirilir.

AzVision.az



Teqlər:



Xəbər lenti