Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və vətən uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin Konstitusiya haqqında çıxışları barədə videoçarx təqdim olunub.
Çıxışlarda Konstitusiyanın yaranmasının tarixi və siyasi əhəmiyyətindən danışılmış, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2025-ci ili “Konstitusiya və Suverenlik İli” elan etməsinin ölkəmizin dövlətçiliyinin möhkəmləndirilməsi, hüquqi düşüncənin inkişafı və milli suverenliyin daha da gücləndirilməsi baxımından mühüm addım olduğu vurğulanıb.
Tədbirin sonunda mövzu ilə əlaqədar fikir mübadiləsi aparılmış, kursantların sualları cavablandırılıb.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


